Məxfilik siyasəti
1. Hansı məlumatları toplayırıq
Siz verirsiniz
- Şirkət adı, ad-soyad, e-poçt ünvanı, şifrə (şifrələnmiş şəkildə).
- Domen adınız.
- Faktura üçün: hüquqi ad, ünvan, VÖEN — yalnız abunə anında, qeydiyyatda yox.
Sistem özü yazır
- Giriş vaxtı və IP ünvanı — hesab oğurluğunu görmək üçün.
- Poçt serverinin texniki jurnalları (kimdən kimə, nə vaxt, nəticə).
- Göndəriş sayğacları — limitlərin tətbiqi üçün.
- Razılıq qeydi: hansı sənəd versiyasını, nə vaxt, hansı IP və brauzerdən qəbul etdiyiniz.
2. Məktublarınızın məzmunu
Məktubların məzmunu serverdə saxlanılır, çünki poçt xidmətinin işi budur. Onları oxumuruq. İnsan müdaxiləsi yalnız iki halda mümkündür: siz özünüz dəstək üçün xahiş edəndə, və ya qanuni tələb olanda.
Gələn məktublar spam süzgəcindən (Rspamd) keçir — bu, avtomatik prosesdir və insan iştirakı yoxdur.
3. Harada saxlanılır
Serverlərimiz Almaniyada, Nürnberq şəhərində (Hetzner Online GmbH) yerləşir. Məlumatlar Avropa İttifaqı ərazisindən kənara çıxarılmır.
Yedəkləmə şifrələnmiş şəkildə gündəlik aparılır və eyni region daxilində saxlanılır.
4. Nə qədər saxlanılır
- Məktublar — siz silənə qədər. Səbətdən silinən qayıtmır.
- Texniki hadisə jurnalı — 30 gün (xətalar 90 gün).
- Təhlükəsizlik jurnalı (kim nə etdi) — 1 il.
- Göndəriş sayğacları — 30 gün.
- Bitmiş sessiyalar — 30 gün.
- Hesab bağlandıqdan sonra — 30 gün, sonra silinir.
5. Kimlərlə paylaşılır
Məlumatlarınızı satmırıq. Zəruri xidmət təchizatçıları:
- Hetzner Online GmbH (Almaniya) — serverlərin yerləşdiyi yer.
- Cloudflare — yalnız DNS idarəsi üçün. Məktub məzmunu Cloudflare-dən keçmir.
- Google — yalnız «Google ilə giriş» seçsəniz və yalnız kimlik təsdiqi üçün.
Bunlardan başqa üçüncü tərəfə ötürmə yoxdur. Reklam şəbəkəsi yoxdur.
6. Hüquqlarınız
- Götürmək — bütün məktublarınızı standart IMAP ilə istənilən vaxt yükləyə bilərsiniz. İcazə tələb olunmur.
- Düzəltmək — hesab məlumatlarını paneldən dəyişə bilərsiniz.
- Silmək — hesabın silinməsini tələb edə bilərsiniz.
- Marketinq razılığını geri götürmək — hər an, hər məktubun altındakı keçidlə. Xidmətə təsiri yoxdur.
Müraciət üçün: salam@mailora.az.
7. Kukilər
Yalnız sessiya kukisi işlədilir — girişin davam etməsi üçün. İzləmə kukisi, analitika kukisi və reklam pikseli yoxdur.
8. Təhlükəsizlik
- Bütün bağlantılar şifrələnir (TLS): veb, IMAP, SMTP.
- Şifrələr geri qaytarıla bilməyən şəkildə saxlanılır (Argon2).
- Giriş cəhdləri sürət limiti ilə qorunur.
Təhlükəsizlik boşluğu tapsanız, bizə yazın — dərhal baxırıq və təşəkkür edirik.
9. Rekvizitlər
[Hüquqi ad] · VÖEN [—] · [Ünvan, Bakı, Azərbaycan] · salam@mailora.az