Domen sağlamlığı yoxlaması

Poçtun işləməsi üçün lazım olan dörd qeydi bir dəfəyə yoxlayır: MX, SPF, DKIM və DMARC. Hər sətir üçün nəyin səhv olduğu və nə etmək lazım gəldiyi göstərilir.

DKIM selektorunu bilmirsinizsə, sahəni boş buraxın — o halda qalan üç qeyd yoxlanılır. Selektor göndərilmiş məktubun DKIM-Signature başlığındakı «s=» hissəsində yazılır.

Dörd qeyd hansı sualı cavablandırır

QeydNəyə aiddirOlmayanda nə olur
MX Gələn poçt Sizə yazan adamın məktubu ümumiyyətlə çatmır.
SPF Gedən poçt — göndərən server Məktublarınız şübhəli sayılır və çox vaxt spama düşür.
DKIM Gedən poçt — məktubun imzası Yönləndirilmiş məktublar doğrulanmır; Gmail tələbi qarşılanmır.
DMARC Sizin adınıza spufinq Başqası sizin domeninizdən məktub göndərə bilər və siz bunu bilmirsiniz.

Sıra təsadüfi deyil. MX olmadan poçt qutusu boş qalır — bu, ən görünən problemdir və adətən birinci düzəldilir. SPF və DKIM göndərilən məktubun taleyinə aiddir və problemləri səssizdir: heç bir xəta gəlmir, sadəcə qarşı tərəf məktubu görmür. DMARC isə sonuncudur, çünki o, SPF və DKIM nəticəsinin üstündə işləyir və onlarsız heç nə edə bilmir.

Ardıcıllıq: nədən başlamalı

  1. MX-i düzəldin. Köhnə MX qeydləri silinməlidir — prioriteti kiçik olan qazanır və poçt köhnə sistemə getməyə davam edir.
  2. SPF-i bir sətrə yığın. Domendə yalnız BİR SPF ola bilər; ikisi olanda hər ikisi etibarsızlaşır.
  3. DKIM açarını yerləşdirin və qeydin kəsilmədiyinə əmin olun.
  4. DMARC-ı p=none ilə açın, hesabatlara baxın, sonra mərhələ-mərhələ sərtləşdirin.

Google-un göndərən tələbləri

Gmail 2024-cü il fevralın 1-dən göndərənlərə bir sıra tələblər qoyub və onlar artıq məsləhət deyil, məcburi şərtdir. Tələblərin siyahısı support.google.com/mail/answer/81126 ünvanında dərc olunub. Qısaca:

TələbMailora-da vəziyyət
SPF və ya DKIMHər ikisi qurulur
Göndərən serverin düz və tərs DNS uyğunluğuQurulub
TLS ilə qoşulmaGmail-ə TLSv1.3 ilə
RFC 5322 formatıQarşılanır
DKIM açarı ən azı 1024 bit2048 bit
Spam şikayəti 0,3 faizdən aşağıÖlçülmür — aşağıdakı qeydə baxın

Sonuncu sətri dürüst yazmaq lazımdır. Şikayət nisbətini yalnız Google-un öz Postmaster Tools xidməti göstərir və bizim orada hələ qeydiyyatımız yoxdur — yəni bu göstərici bizdə ölçülmür. «Bütün tələbləri qarşılayırıq» yazmaq asan olardı, amma ölçmədiyimiz bir şey barədə iddia etmək olmaz. Qalan beş bənd 2026-08-18/19-da bu serverdən yoxlanılıb.

Nəticələr nə deməkdir

Bu alət nəyi ölçmür

Dürüst siyahı: burada yalnız DNS yoxlanılır. Ölçülməyənlər — göndərən IP-nin reputasiyası, qara siyahılarda olub-olmaması, istifadəçilərin şikayət nisbəti, məktubun məzmunu və göndərmə sürəti. Dördü də yaşıl olan domenin məktubları hələ də spama düşə bilər; belə halda səbəb DNS-də deyil, yuxarıdakı siyahıdadır.

Terminal ilə əl ilə yoxlama

dig +short MX sirket.az
dig +short TXT sirket.az
dig +short TXT mailora1._domainkey.sirket.az
dig +short TXT _dmarc.sirket.az

İkinci əmrin cavabında v=spf1 ilə başlayan sətri axtarın — TXT yazıları arasında başqa qeydlər də olacaq (sahiblik təsdiqləri, xidmət nişanları). Üçüncü əmrdə mailora1 yerinə öz selektorunuzu yazın.

Tez-tez verilən suallar

Dördü də yaşıldır — məktublarım artıq spama düşməyəcək?

Belə demək düzgün olmazdı. DNS qeydləri çatdırılmanın YALNIZ bir hissəsidir. Qəbul edən tərəf bundan başqa göndərən IP-nin reputasiyasına, istifadəçilərin şikayət nisbətinə, məktubun məzmununa və göndərmə sürətinə də baxır. Bu alət yalnız DNS-i görür; qalanını ölçmür və ölçdüyünü iddia etmir.

Hansı qeyddən başlamalıyam?

Ardıcıllıq belədir: əvvəlcə MX — o olmasa poçt ümumiyyətlə gəlmir. Sonra SPF və DKIM — onlar göndərdiyiniz məktubun qəbul edilməsinə aiddir. DMARC isə sonuncudur, çünki o, SPF və DKIM-in üstündə işləyir ve onlarsız mənası yoxdur.

DKIM sətri boş qaldı, niyə?

DKIM açarı selektor adı olmadan tapıla bilmir və DNS-də selektorların siyahısı saxlanılmır. Selektoru boş buraxsanız, DKIM yoxlanılmır. Selektorun adını göndərilmiş məktubun DKIM-Signature başlığındakı «s=» hissəsindən götürün.

Nəticədə «yoxlaya bilmədik» yazılıb — bu, qeydin olmadığı deməkdirmi?

Xeyr, və bu fərq qəsdən saxlanılıb. «Tapılmadı» qeydin DNS-də olmadığını bildirir; «yoxlaya bilmədik» isə sorğunun özünün alınmadığını — ad serveri cavab vermədi, vaxt bitdi və ya xəta qaytardı. İkisini eyni rəngdə göstərsək, şəbəkə problemi olan gün hamıya «qeydiniz yoxdur» deyərdik və insanlar düzgün qurulmuş DNS-i sökməyə başlayardı.

Google-un göndərənlərə qoyduğu tələblər hansılardır?

Google 2024-cü il fevralın 1-dən Gmail-ə göndərənlərdən bunları tələb edir: SPF və ya DKIM, göndərən serverin düzgün düz və tərs DNS qeydi, TLS ilə qoşulma, RFC 5322-yə uyğun məktub formatı, ən azı 1024 bitlik DKIM açarı və spam şikayətlərinin 0,3 faizdən aşağı saxlanması. Şərtlərin mətni support.google.com/mail/answer/81126 ünvanındadır.

Bu dörd qeydi bir dəfə qurub unutmaq

Mailora domeni əlavə edən kimi bütün qeydləri hazır şəkildə verir və onları daim izləyir — burada gördüyünüz yoxlama paneldə arxa planda işləyir, yəni qeyd sonradan pozulsa bunu məktublarınızın itməsindən yox, bildirişdən öyrənirsiniz. Qiymət domen başına 5 AZN / ay, poçt qutusu sayı limitsizdir və ƏDV tutulmur.

Ayrı-ayrı alətlər